31 oktyabr 2013 13:47
Milinko Pantiç: 3 xalı qazanmaq çox zəruridir
Sabah futbol üzrə Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Bakı” “Simurq”u qəbul edəcək. Azerisport.az klub saytına istinadən xəbər verir ki, oyunöncəsi son məşqini keçirən komandanın baş məşqçisi Milinko Pantiç qarşılaşma haqda fikirlərini açıqlayıb:
“Digər çempionat matçları kimi “Simurq”la görüş də çox vacibdi. Belə durumda bizə 3 xalı qazanmaq çox zəruridi. Son oyunu yaxşı keçirmişik, amma qol vura bilmədik. Bu futboldu, bəzən belə də olur. Sabahkı qarşılaşmada praktiki və çox güclü effekti olan futbol nümayiş etdirməyə çalışacağıq. Premyer-liqada hər bir görüş mürəkkəb xarakter alıb. Ev matçına çıxırıqsa, futbolçular qələbədən başqa ağlına heç nə gətirməməlidi”.
