31 oktyabr 2013 13:21
Azərbaycan yığmasının oyunçusunun iştirakı ilə qol yağışı
Futbol üzrə Türkiyə Kubokunun 3-cü tur oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan gənclər yığmasının yarımmüdafiəçisi Timur Temeltaşın komandası “Altınordu” səfərdə “Qaziantep”lə qarşılaşıb.
Oyun qol yağışı ilə müşayiət olunub və qonaqların 6:5 hesablı qələbəsi ilə başa çatıb. Temeltaş 90 dəqiqə meydanda mübarizə aparıb. Qələbə “Altınordu”nu növbəti mərhələyə daşıyıb.
