31 oktyabr 2013 13:10
Fethiyespor Kərimisiz qələbə qazandı
Futbol üzrə Türkiyə Kubokunun 3-cü tur oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı qapıçı Davud Kəriminin komandası “Fethiyespor” evdə “Bayrampaşaspor”u qonaq edib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ancaq Kərimi bütün oyunu ehtiyat oyunçular skamyasından izləyib. Qələbə “Fethiyespor”u növbəti mərhələyə daşıyıb.
