30 oktyabr 2013 00:25

"Estoniya Azərbaycan qarşı var gücü ilə oynayacaq"

Futbol üzrə Estoniya yığmasının baş məşqçisi Tarmo Ryütli noyabrın 15-də Tallində keçiriləcək Estoniya - Azərbaycan oyunu ilə bağlı azerisport.az saytının müxbirinin suallarını cavablayıb.
 
Gələcək oyun barədə nə deyə bilərsiniz?
Bilirik ki, Azərbaycan son vaxtlar artırıb. Güclü komandanız var. Bu planda xəyal qurmuruq ki, seçmə oyunlardan asan olacaq. Aydın işdir, yaxşı nəticə əldə etmək üçün var gücü ilə oynamaq lazımdır.
 
Belə başa düşmək olar ki, yetirmələriniz üçün nəticə vacibdir?
Xüsusən doğma meydanda oynayanda görüşün nəticəsi daha vacibdir. Azarkeşlər oyuna gəlib komandadan yaxşı nəticə gözləyəcəklər. Çalışacağıq.
 
Azərbaycana qarşı optimal heyətlə oynamağa hazırlaşırsınız?
Dşünürəm ki, heyətdə oynamağa layiq olanlar oynayacaq. Oyun ətqvimin rəsmi günündə baş tutacaq. Klublar oyunçuları milli komandaya buraxmalıdır. Belə ki, meydana elə seçmə mərhələdə oynayanlar çıxacaqlar. Özü də bizi dörd gün sonra səfərdə Lixtenşteynlə oyun gözləyir.
 
Oyun Tallində keçəcək. Noyabrda nisbətən isti keçən Bakıda oynamaq istərdiniz?
Hava hələ ki qənaətbəxşdir, 10 dərəcə isti var. Meydan da yaxşı vəziyyətdədir. Qar yağsa, ümid edirəm ki, ot örtüyünü korlamayacaq. Əlbəttə, həmişə isti havada oynamaq yaxşıdır, hər halda evdə meydana çıxmağı daha çox istəyirsən.
 
Mümkün əlverişsiz hava cənublu qonaqlar üçün əngəl ola bilər?
Belə halda hər iki tərəfə yaxşı futbol göstərmək çətin olacaq. Estoniya yığması pis şəraitdə oynamaq istəyən komanda deyil.
 
Azərbaycan yığmasının son oyunlarını izləmisiniz?
Bu işlə məşğulam. Seçmə mərhələdə son iki oyunu görmüşəm. Başqalarına da baxmaq fikrim var. Sonra isə Azərbaycan yığmasının ümumi oyun haqda təsəvvürüm olacaq.
 
Maraqlıdır ki, Rusiya KİV-i siyasi amilləri əsas tutaraq Azərbaycan - Rusiya görüşünü  yaxın keçmişdə baş tutmuş Estoniya - Rusiya oyunu ilə müqayisə ediblər.
Bu ölkələrin ümumi keçmişini nəzərə alsaq, bunda müəyyən məntiq var. Belə müqayisə onu göstərir ki, bu komanda ilə oynamaq olar.
 
Azərbaycan və Estoniya yığmalarının səviyyəsini  müqayisə edə bilərsiniz?
Düşünürəm ki, Azərbaycanda ənənələr var. “Neftçi”nin daim SSRİ yüksək liqasında oyununu xatırlayırıq. Estoniya isə bu illərdə çox itirib, belə ki, bu səviyyədə oynamırdı. Həmçinin cənublu oyunçular texnikalıdır. Alman məşqçinin rasionalizmini və bacarığını da əlavə etmək olar. Bütün bu amillər komandanızın xeyrinədir.
 
Beşinci yer tutduğunuz DÇ-2014-ün seçmə mərhələsində Estoniya yığmasını necə qiymətləndirərdiniz?
Bəzən belə olur. Pis oynamırsan - öz səviyyəndə, ancaq həmişə lazımı nəticəni qazanmaq olmur. Boyundan yuxarı tullanmaq lazımdır. Ancaq bu, həmişə mümkün olmur.
 
Əvvəlki mərhələdə yetirmələriniz  ikinci olub pley-ofacan gəldilər...
Bilirsiniz, kartın necə düşməyindən asılıdır. Rəvan oyunlar da olub. Elə olub ki, bəxtimiz gətirib, elə olub ki əksinə. Məsələn, səfərdə Serbiya, Sloveniya uğurlu oyunlarımız olub. Şimali İrlandiya ilə oyun da vardı. Bəzən topa yaxşı zərbə vuranda qapıya düşür. Bəzən isə top azca yan gedən kimi, işlər korlanır. İdman bəxtinin öz yeri var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.