30 oktyabr 2013 11:55
Cavid İmamverdiyev: Ağıllan və öz işlərinlə məşğul ol
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Facebook sosial şəbəkəsində azarkeşlərdən birinin ünvanına kəskin müraciətlə çıxış edib. Azerisport.az bildirir ki, sosial şəbəkənin istifadəçilərindən Elim Nəziyevin yazdığı “Futbol sənlik deyil, Cavid İmamverdiyev” statusunu futbolçu cavabsız qoymayıb.
Bir qədər sonra futbolçu Nəziyevə cavab ünvanlayıb:
“Sən bir az ağıllı olsan, yaxşı olar. Yoxsa mən ağıllandırası olacam. Sənə kim icazə verib ki, mənim şəklimə şərh yazasan? Ağıllı ol, get işinlə məşğul ol”.
