30 oktyabr 2013 11:20
AZAL-ın rəsmisi: Qışda daha güclənəcəyik
AZAL Ukrayna və Belarusdan futbolçular transfer edəcək. Azerisport.az saytına açıqlamasında AZAL klubunun vitse-prezidenti Fikrət Hüsenov klubun məqsədinin qışa qədər ilk beşlikdə yerini qoruması olduğunu bildirib.
“Çempionata yaxşı başlamışdıq. İddialı komandaların bir neçəsini məğlub etdik. Amma son nəticələrimiz məni narahat edir. Əsas heyətin 6 futbolçusu zədəlidir. Bu, çıxışımıza təsirini göstərir.
AZAL qışda daha güclənəcək. Komandaya Ukrayna və Belarusdan legionerlər dəvət edəcəyik. Bu ölkələrin futbolçuları mübariz, fiziki cəhətdən dözümlü olurlar. Transfer qiymətləri də münasibdir. Cari çempionatda niyyətimiz mükafatçılar sırasına düşməkdir”.
