30 oktyabr 2013 11:10
Araz-Naxçıvan Ağsuya qarşı
Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda bir oyun keçiriləcək. Azerisport.az xəbər verir ki, “Araz-Naxçıvan” evdə “Ağsu”nu qəbul edəcək.
Oyun 14:00-da başlayacaq. Bu cütün qalibi 1/8 finalda “Simurq”la qarşılaşacaq.
Xatırladaq ki, ötən həftə Şuşa - Şahdağ (4:2), MOİK - Qaradağ-Lökbatan (1:3), Mil-Muğan - Lokomotiv (4:2) görüşləri baş tutub.
