30 oktyabr 2013 10:50
Zohair Benuai: Neftçiyə uduzsaq, Super kuboku təsadüfən qazandığımızı deyəcəklər
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Zohair Benuai azerisport.az saytının müsahibəsində Topaz Premyer Liqasının 11-ci turunda “Qarabağ”a məğlubiyyətdən (0:3) və həmçinin, növbəti turda “Neftçi”yə qarşı keçiriləcək Böyük oyundan danışıb.
Super Kubokda qələbədən sonra doğma meydandan darmadağın məğlubiyyət gözlənilməz alındı.
Həmişə demişəm ki, “Qarabağ” Azərbaycanın ən güclü komandalarındandır. Həm də onlar həmişə yaxşı futbol göstərir. 0:3 hesablı məğlubiyyətə baxmayaraq, bunlar meydanda olanları əks etdirmir. Biz darmadağına layiq deyildik. Bizə Super Kubokda çox güc sərf etməyimiz təsir göstərə bilər. Axı “Neftçi” ilə oyunda tam bir hissəni azlıqda oynadıq.
Ağdamlılarla oyunda nə alınmadı?
Biz xüsusən birini hissədə yaxşı oynadıq. Ancaq onların ilk iki qolu bizdən onlara demək olar ki, “hədiyyə” oldu. Super Kubok oyununun yorğunluğuna baxmayaraq bizdə hamı qələbəyə çalışırdı. Ancaq hücumun yekununda nəsə çatmırdı.
Məğlubiyyət komandanızı səkkizinci pilləyə saldı.
Bu, “Xəzər Lənkəran”ın yeri deyil. Biz ən azı ilk üçlükdə olmalıyıq. Azarkeşlərimizə hər şeyin tezliklə yaxşılığa dəyişəcəyini söz verirəm.
Sizi bu həftə 12-ci tur çərçivəsində “Neftçi” ilə oyun gözləyir. Bakılıların məşqçi qərargahında Super Kubok oyunundan sonra əhəmiyyətli dəyişikliklər baş verib: komandaya sizin hələ AZAL-dan tanıdığınız Nazim Süleymanov rəhbərlik edir.
Azərbaycana gələndə Süleymanov ilk məşqçim olub. O nəinki yaxşı mütəxəssis, həm də gözəl insandır. Düşünürəm ki, o, bu komandaya kömək edəcək. Ancaq indi bizim qalib gəlməyimiz əsasdır. Biz Super kubokda “Neftçi” üzərində qələbənin layiqli və şəksiz olduğunu sübut etməliyik. Məğlub olsaq, bunun təsadüf olduğunu deyə bilərlər.
Birinci dövrədə lənkərandakı oyun qalibi müəyyən etmədi. Səfərdə yaxşı oynayacağınızı hesab edirsiniz?
Biz onda onlardan yaxşı idik və daha yaxşı oynadıq. Qol vurmaq üçün imkanlarımız vardı. Bunu reallaşdırmaq mümkün olmadı. Bu dəfə isə biz üç xalı qazanmağa borcluyuq.
Komandaların şanslarını necə qiymətləndirərdiniz?
Biz kimin daha yaxşı şansı olmasına rəğmən qələbə qazanmalıyıq. İndiki halda bunun əhəmiyyəti yoxdur. Belə ki, biz sadəcə qələbə qazanmağa borcluyuq və bununla da yarış cədvəlində mövqeyimizi yaxşılaşdırmalıyıq.
