30 oktyabr 2013 20:50
Türkiyə KİV-i: Azərbaycanlı futbolçu Bundesliqa klubuna keçir
Türkiyə mətbuatı bildirib ki, Almaniyanın “Hoffenheim” klubu gənc azərbaycanlı hücumçu ilə müqavilə bağlayacaq. Azerisport.az xəbər verir ki, bu futbolçu, İsveçin “Malmö” klubunun kapitanı Jiloan Hamaddır.
Türkiyə informasiya agentliyi CIHAN məlumat yayıb ki: “22 yaşlı azərbaycanlı Jiloan Hamad karyerasını Almaniya Bundesliqasında çıxış edən “Hoffenheim”da davam etdirəcəyini bildirib. Kapitan bu haqda İsveç çempionatının son turundan əvvəlki oyundan sonra, komandası çempionluğu rəsmiləşdirəndə deyib”.
Xatırladaq ki, Hamad 1990-cı ildə Bakıda doğulub və milliyyətcə kürddür. Hamadın İrak və İsveç vətəndaşlığı var. 2010-cu ildə Berti Foqts onu Azərbaycan yığmasına dəvət etsə də, Hamad etiraz edib. 2011-ci ildən isə Hamad İsveç yığmasında çıxış edir.
