30 oktyabr 2013 20:05
Nduka və Popoviçin komandası penaltilər seriyasında uğur qazandı
Bu gün Türkiyə ölkə kubokunun 3-cü turu çərçivəsində bir neçə oyun keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Usim Ndukanın və gənclər yığmasının qapıçısı Andrey Popoviçin çıxış etdiyi “Tavşanlı Linyitspor” səfərdə “İskenderun” klubu ilə 0:0 heç-heçə oynayaraq penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, Nduka oyunun əsas vaxtını meydanda mübarizə aparıb və 90-cı dəqiqədə əvəzlənib. Popoviç isə iştirak ərizəsinə düşməyib.
