30 oktyabr 2013 19:45
Subaşiçsiz Orduspor məğlub oldu
Bu gün Türkiyə ölkə kubokunun 3-cü turu çərçivəsində bir neçə oyun keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” səfərdə “Nazilli Belediyespor” klubuna 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, Branimir Subaşiç bütün oyunu ehtiyat oyunçular skamyasından izləyib.
