30 oktyabr 2013 19:35
Özkara Sivasspora Türkiyə Kubokunda qələbə qazanmağa kömək etdi
Bu gün Türkiyə ölkə kubokunun 3-cü turu çərçivəsində bir neçə oyun keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” öz meydanında “Ankaragücü” klubunu məğlub edib.
Roberto Karlosun yetirmələri 3:0 hesabı ilə qalib gəldiyi oyunda Özkara 90 dəqiqə meydanda mübarizə aparıb.
