30 oktyabr 2013 18:50
Böyük oyuna bilet - 1 manat
Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək “Neftçi” - “Xəzər Lənkəran” oyuna biletlər sabahdan satışa çıxarılacaq. Azerisport.az "Neftçi" PFK-nın saytına istinadən bildirir ki, biletləri sabah 14:00-dan etibarən matçın başlayacağı saatadək “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
VIP yerlər üçün biletlərin qiyməti 5 manat, digər yerlər üçün isə 1 manatdır.
Xatırladaq ki, görüş noyabrın 2-i 19:00-da “Bakcell Arena” keçiriləcək.
