30 oktyabr 2013 18:15

Qalibimiz World Skills Final 2013-ə qatıldı

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə təşkil etdiyi “Mançester Yunayted” Yay Futbol Məktəbinin uğurlu işritakçılarından biri olan Tamerlan Rizvanov adıçəkilən məktəbin “World Skills Final 2013” finalına qatılmaq üçün Mançesterdə olub.
 
“Mançester Yunayted” klubu ilə əməkdaşlıq çərçivəsində Bakcell tərəfindən Azərbaycana gətirilmiş yay futbol məktəbi idman aləmində bu yayın ən əhəmiyyətli tədbirlərindən birinə çevrilib. Futbol məktəbinin əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək idi.
 
Uşaqların seçimi prosesinə dəstək və nəzarət AFFA tərəfindən həyata keçirilib. Bakcell Arena stadionunda keçirilən yay futbol məktəbində iştirak üçün mindən artıq namizəddən 32 nəfər gənc istedad seçilib.
 
Daha sonra Bakıda təşkil olunan “Mançester Yunayted” Yay Futbol Məktəbinin nəticələrinə uyğun seçilən 6 gənc istedad - Samir Məhərrəmli, Turan Vəlizadə, Zeynəddin Abdurrahmanov, Tamerlan Rizvanov, Xəyal Əliyev və Nigar Mirzəliyeva 2013-cü ilin avqust ayında Mançester şəhərinə səfər edib, əfsanəvi “Old Trafford” stadionu, “Mançester Yunayted Futbol Akademiyası”, eləcə də komandanın təlim-məşq bazasını ziyarət etmək imkanı qazanıblar.
 
Mançesterdə səfərdə olan gənc istedadlarımızdan biri – Tamerlan Rizvanov xüsusi nəticə nümayiş etdirərək “Mançester Yunayted” Yay Futbol Məktəblərinin “World Skills” finalına qədər yüksələ bilib. Finalda çıxış etmək üçün Böyük Britaniyada olan Tamerlan bir çox ölkələrdən gələn həmyaşıdları ilə yarışıb.
 
Final yarışı 17–20 oktyabr tarixləri arasında keçirilib. Yarışdan sonra iştirakçılar müxtəlif əyləncəli tədbirlərdə iştirak etməklə yanaşı, “Mançester Yunayted”in təlim-məşq bazası və tarix muzeyini ziyarət edib, “Old Trafford” stadionunda keçirilən “Mançester Yunayted”in oyunlarını izləyiblər. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.