30 oktyabr 2013 17:45
Əsgər Abdullayev: Komandalar azarkeşlərə bayram yaşatdılar
Azərbaycan kubokunun 1/16 final mərhələsində “Ağsu” komandası ilə qarşılaşan “Araz Naxçıvan” doğma meydanda keçirdiyi oyunda 1-0 hesabı ilə qalib gəlib. Azerisport.az PFL-ə istinadən baş məşqçilərin oyunsonrası fikirlərini oxuculara çatdırır:
Rüfət Quliyev, “Ağsu” klubunun baş məşqçisi: “”Araz Naxçıvan” klubunu qələbə ilə təbrik edirəm. Hər iki komanda sona kimi mübarizə apardı. Əlavə vaxtda məğlub olduq. Komandama mübarizə əzminə görə minnətdaram. Böyük futbolun Naxçıvana yenidən qayıtması bizi də sevindirir. Burada bizi çox gözəl qarşıladılar. Bizə yaratdığı şəraitə görə “Araz Naxçıvan” klubuna təşəkkürümü bildirirəm”.
Əsgər Abdullayev, “Araz Naxçıvan” klubunun baş məşqçisi: “Oyunun çətin olacağını bilirdim, futbolçuları buna hazırlamışdım. Hər iki komanda oyunu ilə azarkeşlərə bayram əhval-ruhiyyəsi yaşatdı. İlk hissədə biz daha üstün oynadıq, qol epizodlar; da yaratdıq, lakin istifadə edə bilmədik. İkinci hissə isə qarşılıqlı hücumlar şəraitində keçdi. Qarşıda bizi “Simurq”la daha çətin oyun gözləyr. “Ağsu” komandası ilə hələ qarşılaşmalarımız var, rəqibimizə uğurlar arzu edirəm”. (PFL)
