30 oktyabr 2013 17:25

Karlos Kardoso: Zədəm azca ciddi olsaydı, karyeramı bitirə bilərdim

“Neftçi”nin müdafiəçisi Karlos Kardoso müsahibəsində öz müalicəsi, “neftçilər”ə öyrəşməsi haqda danışmaqla yanaşı, klub azarkeşlərinə də minətdarlıq edib. Azerisport.az Kardosonun müsahibəsini diqqətinizə çatdırır.
 
“Neftçi”yə gəldiyin gündən qısa müddətdə komandaya uyğunlaşdın və əsas heyətdə möhkəmlənməyi bacardın. Bir legioner üçün bu nə dərəcədə çətindir?
Azərbaycana gəldiyim gündən anladım ki, bu mühitə uyğunlaşmağım çətin olmayacaq. Təbii ki, hər ölkənin öz adətləri var amma peşəkar futbolçu üçün bu maneə olmamalıdır. Bura uyğyunlaşmağımda komanda yoldaşlarımın da köməyi oldu. Təzə gələndə “Neftçi”də çıxış edən braziliyalı həmyerlilərimlə ünsiyyətdə olurdumsa indi bütün komanda yoldaşlarımla dostlaşmışam. Komandamızda mehriban abu-hava var və belə olduqda uyğunlaşmaq asanlaşır.
 
Müdafiəçi olsan da bir sıra oyunlarda qol vurmaq bacarığını da nümayiş etdirmisən. Bəlkə də elə buna görə Kardoso tez bir zamanda azarkeşlərin sevgisini qazandı.
Bir müdafiəçi kimi əsas vəzifəm rəqib hücumlarının qarşısını almaqdır. Amma hərdən hücumlara da qoşuluram və məncə pis də alınmır. İstəyirəm ki, komandamızın qələbə qazanması üçün əlimdən gələni edim. Kimin qol vurması o qədər önəmli deyil. Vacib olan sonda tabloda görünən nəticədir. Azarkeşlərə isə xüsusi təşəkkür düşür. Onların dəstəyini hər oyunda hiss edirik. Sevinirəm ki, qısa müddətdə onların sevgisini qazandım və bu münasibət qarşılıqlıdır.
 
Superkubok uğrunda oyunda aldığın zədə nə dərəcədə ciddidir?
Futbol mübarizəni sevir. Belə olan halda zədə almaq da bəzən qaçılmaz olur. Həmin epizoda rəqib futbolçu ilə toqquşduqdan sonra özümdə deyildim. Bəlkə də zədəm bir qədər də ciddi olsaydı futbol karyeramı bitirmək məcburiyyətində də qala bilərdim. Xəstəxanada tədricən özümə gəldim və başımın üzərində klub rəhbərliyini və həkimləri gördüm. Komandam ən çətin günümdə belə mənim yanımda oldu. Eyni zamanda Naxçıvanda mənə zəruri olan tibbi yardımın göstərilməsi Azərbaycanın ölkə olaraq inkişafının göstəricisidir. Hazırda müalicəmi davam etdirirəm və tez bir zamanda məşqlərə başlayacam. İndiki vəziyyətdə “Neftçi”də hər mövqedə böyük rəqabət var və mənim də əvəzimə meydana çıxan istənilən müdafiəçi ümidləri doğruldacaq gücdədi.
 
Bir müdafiəçi kimi sənə hansı komandaların hücum xəttinə qarşı oynamaq daha çətindir?
Məncə Azərbaycan çempionatında çıxış edən hər bir komanda təhlükəli hücumlar təşkil etmək və qol vurmaq gücündədir. Hansısa komandanı fərqləndirmək istəməzdim. Hər bir rəqibə hörmətlə və ciddi yanaşmalısan ki, istədiyin nəticəni qazana biləsən. Bir komanda qol vurmaq üçün digəri səhvə yol verməlidir. Çalışmalıyıq ki, rəqibi səhv etməyə məcbur edək. Braziliya, Rumıniya və Rusiya yüksək liqalarında oynamış bir futbolçu kimi deyə bilərəm ki, Azərbaycan Premyer Liqasının səviyyəsi normaldır. Açığı bura gəlməmişdən əvvəl komandalar arasında belə bir rəqabətin olduğu ağlıma gəlməzdi. Çempionatda mübarizə aparan 4-5 klub rahatlıqla Rusiya və Rumıniya yüksək liqasında çıxış edə bilər.
 
Çempoinluq yolunda əsas rəqiblər hansı komandalardır?
Premyer Liqada iddialı klub çoxdur. Çempionluğun taleyini bir xal da həll edə bilər. Ona görə hər oyuna maksimum nəticə üçün çıxmalıyıq. “Neftçi” 3 qat ölkə çempionudur və bütün rəqiblər bizə oyunlarda ikiqat güc sərf edir. Çempionluq heç kimə asan başa gəlmir. Gördüyünüz kimi, hər matçda güzəştsiz mübarizə gedir. Bizim hədəfimiz birinci yeri tutmaqdır və bunun öhdəsindən gələ biləcək gücdəyik.
 
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.