30 oktyabr 2013 17:05
Cavid İmamverdiyev: Nəticə - azarkeşlərin haqqıdır
Cavid İmamverdiyev "Neftçi"nin rəsmi saytına açıqlamasında Facebook sosial şəbəkəsində azarkeşlərlə arasında yaranmış anlaşılmazlığa dair fikrini bildirib. Azerisport.az klub saytına istinadən İmamverdiyevin sözlərini oxuculara çatdırır:
“Simurq” klubu ilə oyunda qələbəyə layiq oyun nümayiş etdirsək də qol vura bilmədik. Elə təkcə mənim fərqlənmək üçün bir neçə real imkanım oldu. Bu fürsətlərdən yararlana bilməməyimizi azarkeşlər təbii olaraq narazılıqla qarşılayırlar. Əlbəttə ki, nəticə tələb etmək azarkeşlərin haqqıdır və onlar öz fikirlərini sosial şəbəkələrdə də bildirirlər. Sadəcə oyun sonrası psixoloji gərginlik səbəbindən bir azarkeşlə dialoqum sərt alınmışdı. Elə bu oyunda fərqlənə bilmədiyimə görə özümü hamıdan çox qınayıram. Qoy azarkeşlərimiz bilsin ki, biz futbolu onlar üçün oynayırıq. Azarkeşlərə Avropa Liqası, 3 qat ölkə çempionluğu yaşadan “Neftçi” bunun davamını gətirəcək. (klub saytı)
