30 oktyabr 2013 16:45
Araz-Naxçıvan Ağsunu məğlub etdi
Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, “Araz-Naxçıvan” evdə “Ağsu”nu qəbul edib.
Oyunda yeganə qolu 108-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Çobanov vurub. Bu qol "Araz-Naxçıvan"ı növbəti mərhələyə daşıyıb.
"Araz-Naxçıvan" 1/8 finalda “Simurq”la qarşılaşacaq.
Xatırladaq ki, ötən həftə Şuşa - Şahdağ (4:2), MOİK - Qaradağ-Lökbatan (1:3), Mil-Muğan - Lokomotiv (4:2) görüşləri baş tutub.
