30 oktyabr 2013 16:20
Neftçi Xəzər Lənkəran azarkeşlərini güdməyəcək
“Neftçi” şənbə günü futbol üzrə Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Xəzər Lənkəran”la görüşdə qonaq komanda azarkeşlərinin tribunalarda iştirakına nəzarət etməyəcək. Klubdan azerisport.az saytına bildirilib ki, bununla PFL və hüquq-mühafizə orqanları məşğul olacaq.
Xatırladaq ki, iki komanda arasında Lənkəranda keçirilmiş oyundan sonra AFFA onlara azarkeşləri oyuna gətirməyi qadağan etmişdi.
