30 oktyabr 2013 16:05
Budak oynadı, Eskişehirspor uduzdu
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak “Eskişehirspor”un əvəzedici komandasının heyətində müvafiq çempionatın 6-cı tur oyununda meydana çıxıb. Azerisport.az xəbər verir ki, evdə “Boluspor”u qəbul edən meydan sahibləri 0:2 hesabı ilə məğlub olublar.
Budaq 90 dəqiqə meydanda mübarizə aparıb. Hazırda onun komandası 6 xalla əvəzedicilər arasında birinciliyin 3-cü qrupunda axırıncıdan əvvəlki - 6-cı sırada qərarlaşıb.
