30 oktyabr 2013 15:10
Fərid Quliyev: Bu qədərmi pisəm?
Futbol üzrə Azərbaycan yığmasının keçmiş və “Kahramanmaraşspor” klubunun hücumçusu Fərid Quliyev azerisport.az saytına müsahibəsində komandasında qarşılaşdığı çətinliklərdən danışıb.
İşləriniz necədir?
Siz necə düşünürsünüz? Artıq 4 aydır ki, heç nəsiz oturmuşam.
Heç nəsiz?
Burada mənzilim yoxdur. Klubun bazasında dəhşətli şəraitdə yaşayıram. Yeməyi özümə özüm alıram. Türkiyə həyatımda belə acı anlar çoxdur. Mənim məsələm Türkiyə Futbol Federasiyasında qaldırılacaq. Bu həftə klubu tərk etməyə hazırlaşıram.
Bəs niyə sizdə hər şey belə alındı?
Bu klub, bizim birinci divizion klubundan da pis oldu. Neçə illər burada yaşayan menecerim belə adamlar görmədiyini deyir.
Bəs klubda nə deyirlər? Onlar sizin əməkhaqqınızı verməkdən və sizi mənzillə təmin etməkdən imtina edir?
Maliyyə problemləri olduğunu deyirlər. 4-cü aydır ki, belədir. Təsəvvür edin ki, Bakıya biletdən başqa məni heç nə ilə təchiz etməyiblər. Burada öz hesabıma yaşayıram. Bezmişəm. Menecer dedi ki, oynamayım. Çünki əgər zədələnsəm, hər şey bitdi...
Hələ də öz pullarınızı almağa ümid edirsiniz?
Yox. Öldürsən də pul olmayacaq. Ancaq əgər TFF işə qarışsa, ala bilərəm. Federasiya klublara translyasiya və yarışın sponsorlarına görə ödəniş edir. Əgər klub öz oyunçularına pul vermirsə, onda TFF bunu, komandaya ayrılmış vəsait hesabına özü ödəyir.
Hara keçməyə hazırlaşırsınız?
Azərbaycanda çoxları düşünür ki, adicə heyətə düşə bilməmək ucbatından oynamıram.
Doğrudanmı mən bu qədər pisəm ki, cəmi iki xal yığıb sonuncu yerdə qərarlaşmış komandanın iştirak ərizəsinə də düşə bilmirəm? Sadəcə, bura mənim yerim deyil. Yerimə düşməmişəm. Türkiyəyə gələndə iki variantım vardı. Ad çəkmək istəmirəm, ancaq indi həmin klub yarış cədvəlinin ortalarındadır. Onlar yenə də məni öz sıralarında görmək istəyirlər. Qışda ora keçə bilərəm.
Deməli, Vətənə qayıtmaq istəmirsiniz?
Yox. Burada qalmaq istəyirəm. Cana doymuşam. Son vaxtlar klublarla heç bəxtim gətirmir. Özünü göstərməyin vaxtıdır. Hər şey yaxşı getsə, Türkiyədə qalacağam. Onların birinci divizionu xoşuma gəlir. Burada çox maraqlıdır. Sadəcə düzgün komanda tapmaq lazımdır.
