30 oktyabr 2013 14:40
Qarabağ Avropada yeddincidir
“Qarabağ” mövsüm ərzində buraxılmış qolların sayına görə bütün Avropa klubları arasında yeddinci pillədə qərarlaşıb. Azerisport.az xəbər verir ki, “Qarabağ” futbol üzrə Topaz Premyer Liqası çərçivəsində 11 oyunda cəmi 4 qol buraxıb.
Bu göstərici hər oyunda 0,36 qola bərabərdir. Ən yaxşı nəticə isə “Roma”dadır. “A” Seriyasının ilk 9 oyununda romalılar cəmi 1 qol buraxıblar. Bu göstəricinin hər oyunda nisbəti 0,11 qola bərabərdir.
