30 oktyabr 2013 13:30
Abışovun komandası Rusiya Kubokundan ələndi
Kazan “Rubin”i 1/16 finada Vladivostokun “Luç-Energiya” klubuna 2:4 hesabı ilə məğlub olaraq Rusiya Kuboku uğrunda mübarizəni dayandırıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Abışov bu oyunun iştirak ərizəsinə zədə səbəbi ilə salınmayıb.
