30 oktyabr 2013 13:13
Səmədov 30 ən bahalı rusiyalı futbolçu siyahısında
Moskva “Lokomotiv”inin vəRusiya yığmasının yarımmüdafiəçisi Aleksandr Səmədov 30 ən bahalı rusiyalı futbolçu siyahısında yer alıb. Azerisport.az xəbər verir ki, Səmədov ildə 2,3 milyon avro qazanır.
Ən gəlirli rusiyalı futbolçu isə Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Aleksandr Kokorindir. Kokorinin qazancı ildə 5 milyon avroya bərabərdir.
