29 oktyabr 2013 12:59
Xəzər Lənkəran: Qarabağdan alınmış böyükhesablı məğlubiyyət mükafatlarda əks olunacaq
“Xəzər Lənkəran”ın futbolçuları Topaz Premyer Liqasının 11-ci tur oyunundan qabaq Super kubok görüşündə “Neftçi” üzərində qələbəyə (2:1) görə təyin edilmiş mükafatları alıblar. Azerisport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, heç bir halda klub rəhbərliyi “Qarabağ”dan alınmış böyükhesablı məğlubiyyətə görə (0:3) mükafatları azaltmağa hazırlaşmır:
“Komandada mükafatlandırma sistemi nəzərə alınıb. Ağdamlılardan alınmış məğlubiyyət növbəti mükafata təsir edəcək. “Neftçi” üzərində qələbəyə görə mükafatların məbləği isə “Qarabağ”la oyuna uzlaşdırılacaq”.
