29 oktyabr 2013 00:46
Araz-Naxçıvan Neftçinin yetirməsi ilə gücləndi
Naxçıvanın Birinci Diviziondakı təmsilçisi “Araz-Naxçıvan” klubu yeni futbolçu ilə güclənib. Azerisport.az xəbər verir ki, bu, qapıçı Emil Balayevdi.
Qeyd edək ki, Balayev “Neftçi”nin yetirməsidi. O, 2011/12 mövsümündə “Sumqayıt”ın şərəfini qorumuşdu.
Balayev 4 dəfə gənclərdən ibarət Azərbaycan yığmasının heyətində də meydana çıxıb.
