29 oktyabr 2013 00:39
Lansın prezidenti Bakıya gəldi
Fransanın “Lans” klubunun prezidenti Jerve Martel Azərbaycana səfər edib. Azerisport.az xəbər verir ki, Martel səfər çərçivəsində “Bakı” futbol klubunu ziyarət edib, klub prezidenti Hafiz Məmmədovla görüşüb.
Qeyd edək ki, Hafiz Məmmədov “Lans”ın səhmlərinin böyük hissəsinə sahiblik edir. “Lans” isə “Bakı”nın rəsmi tərəfdaşıdı. Sözügedən komanda üzərində “Azerbaijan. Land of Fire” reklamı həkk olunmuş formalar altında çıxış edir.
