29 oktyabr 2013 12:43
Yuri Syomin: Terek haqda söz-söhbətə cavab vermək istəmirəm
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin özünün “Teker”in baş məşqçisi postuna namizədlər siyahısında olmasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, Rusiya mətbuatında haqqında gedən söz-söhbətə belə aydınlıq gətirib:
“Mən mətbuatı oxumamışam. Məşqçi varsa, onun haqqında nə isə yazırlar. Haqqımda nə isə yazırlarsa, demək maraqlıyam. Başqa cür cavab vermək istəmirəm”.
