29 oktyabr 2013 11:30
Rauf Əliyev: Bakı daha çox məşq etməlidir
“Bakı”nın hücumçusu Rauf Əliyev azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Rəvan”la heç-heçədən, komandadakı problemlərdən, həmçinin “Simurq”la qarşıdakı oyundan danışıb.
“Rəvan”la oyun barədə nə deyə bilərsiniz?
Biz lazımsız xal itkisinə yol verdik. AZAL-la oyundan (2:2) sonra qələbə qazanmaq istəyirdik, ancaq alınmadı. Arzulananı əldə edə bilmədik.
“Rəvan”la oyunda rəqib oyunçu Aqil Nəbiyevlə aranızda söz atışması baş verdi. Səbəbi nə idi?
Bütün bunlar oyunda qaldı. Hər şey geridədir.
“Bakı”ya qələbə qazanmağa nə mane oldu?
Bizim oyun cəhətdən hələ problemlərimiz var. Həmçinin, zədə üzündən bütün futbolçular tam qaydada deyil. Hələlik kollektiv futbol göstərmək mümkün alınmır.
Yaxınlarda siz “paytaxtlılar”ın kapitanı oldunuz. “Bakı”da hazırda liderin yoxluğunda Siz komandanı daşıya biləcəyinizi hesab edirsiniz?
Unutmayaq ki, futbol komanda oyunudur və hər şey bir oyunçudan asılı deyil. Hər kəs özünü yaxşı tərəfdən göstərməlidir. Bizim əsas səhvlərimiz kiçik epizodlardadır. Kimsə vaxtında pas vermir, kimsə topu çox saxlayır, kimsə sadəcə oyundan düşür. Bütün bunlar nəticədə özünü əks etdirir.
Qarşıda sizi “Neftçi” ilə heç-heçə etmiş “Simurq”la çətin oyun gözləyir.
İndi çempionatın bütün oyunları çətindir və “Simurq”la oyun istisna deyil. Onlara qol vurmaq lap çətindir. Məsələn, “Neftçi” ilə oyunda dəqiq olsaydılar, qol d vura bilərdilər. Bizə gəlincə, son vaxtlar çox xal itirməyimiz əminliyimizə təsir edib. Hər şeyi sahmana salmaq üçün “Simurq”la oyunda üç xal qazanmalıyıq.
“Bakı” 11 tura 18 qol vurub. Daha çox qol “Qarabağ” vurub. Bunu nəzərə alsaq, komandanızın qeyri-sabit nəticələri təəccüblü görünür.
Hesab edirəm ki, bizə daha çox məşq etmək lazımdır. Düz qeyd etdiniz, başqalarından çox qol vururuq. Ancaq dediyim kimi, komanda oyunu yaxşılaşdırmaq lazımdı.
Siz ötən turda dubla imza atdınız, bu çoxdandır ki, baş vermirdi. Bu, sizə necə təsir etdi?
Bu qəlib kimi səslənir, əsas komandanın uğurudur. Mənə gəlincə, özümü bacardıqca yaxşı tərəfdən göstərməyə çalışıram. Əlbəttə, qol vurmaq istəyirəm və bunu edəcəyəm.
