29 oktyabr 2013 11:12
"Syomin haqda sifarişli yazılar görürəm"
Rusiya futbol meneceri Dmitriy Selyuk Yuri Syominin “Qəbələ”dəki işləri haqda danışıb. Azerisport.az Selyukun fikirlərini diqqətinizə çatdırır.
“Qəbələ” birinci pillədə gedir. Ancaq çoxları Yuriy Pavloviçin vaxtının keçdiyini deyirdi. Ancaq yox, o altıncı yerdən yuxarı qalxmayan komandanı götürməklə çağırış etmək qərarına gəldi. Yeri gəlmişkən, indi mətbuatda sifarişli yazılar görürəm. Guya ki Syomin “Qəbələ”yə tör-töküntü gətirib. Baxın, Syomin üçü mənim olmaqla dörd futbolçu gətirib. Özü də hamısı 21 yaşlı köklənmiş oyunçulardı. Bu da sizə nəticə. Syominin kitabı hələ bağlanmayıb, hələ avazı çox gələcək”.
