29 oktyabr 2013 18:00

Fərhad Vəliyev: Uğurumuzun əsas səbəbi budu

“Qarabağ” “Xəzər Lənkəran”la son qarşılaşmadan 3:0-lıq qələbə ilə ayrılaraq vahid liderliyə yüksəldi. Azerisport.az xəbər verir ki, son 3 matçından eyni hesablı qalibiyyətlərlə ayrılan Ağdam klubu çempionatda ən çox qol vuran (20), ən az buraxan (4) komandadı.
 
Ümumiyyətlə, son 5 qarşılaşmada qol buraxmayan komandanı sonuncu dəfə 6-cı turda “Rəvan”ın forvardı Kastro-Telyo məyus edib. Həmin qarşılaşmanın son 70 dəqiqəsini və son 5 oyunu nəzərə alsaq, “Qarabağ” tam 520 dəqiqədi qol buraxmır.
 
Təbii ki, bunda “Qarabağ”ın qolkiperi Fərhad Vəliyevin də rolu böyükdü. Artıq 7 ildi “Qarabağ”ın uğurları üçün tər tökən qolkiper 83-cu dəqiqədə “Xəzər Lənkəran”lı Etame Mbillanın  penaltisini dəf edərək seriyasının qırılmasına imkan vermədi. Maraqlıdı ki, Fərhad sonuncu dəfə “Qarabağ”ın heyətində penaltini 2010-cu ildə, Avroliqanın 3-cü təsnifat mərhələsində “Visla”yla baş tutan ilk oyunda dəf etmişdi. 90-cı dəqiqədə Matsey Juravskinin 11 metrlik zəbəsini dəf edən 33 yaşlı kiper 1:0-lıq qələbəyə töhfə vermişdi.
 
Və 3 il sonra Fərhad 2-ci dəfə penaltini dəf etməklə yadda qaldı. Vəliyev klub saytına bununla bağlı danışıb: “Açığı, fikir verməmişəm sonuncu dəfə nə zaman penaltini qaytarmışam. Amma “Visla” ilə oyun yadımdadı. Həmin oyunu kim unudar ki? Dünən baş tutan oyunda isə komandamız çox yaxşı oynadı. Hər kəs sona qədər mübarizə apardı. Çox vacib qələbə qazandıq. Penalti epizoduna gəlincə, təbii ki, özümə inanırdım. Yox, rəqibin hara vurması haqqında öncədən bir bilgim yox idi. Sadəcə, bir az təcrübə, bir az da onun topa gəlməyini nəzərə aldım. Sevindiricidi ki, artıq 5 oyundu qol buraxmırıq. Meydana kim çıxırsa, komanda üçün mübarizə aparır.
 
Uğurumuzun əsas səbəbi budu. Çempionat hələ yeni başlayıb. Qarşıda çox oyun var. Belə oyunlarda qələbə qazanmaq komandaya əlavə stimul verir. Qarşıdan “Qəbələ” ilə oyun gəlir. Qəbələlilər bu mövsüm olduqca uğurlu çıxış edir. Çempionluğa iddialıdırlar. Ona görə də gərgin və maraqlı oyun olacaq. Təbii ki, meydana 3 xal üçün çıxacağıq. Azarkeşlərimizə səslənirəm. Bizə sonuna qədər dəstək olsunlar. Lənkəranda bizə yaxşı dəstək oldular. İndi növbə Bakıdakı oyundadı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.