29 oktyabr 2013 16:25
Rail Məlikov: İndi Foqtsun dediyindən də çox məşq edirəm
“Qəbələ”nin müdafiəçisi Rail Məlikov azerisport.az saytına müsahibəsində Türkiyədə özünübərpa prosesindən danışıb.
“Bir həftədir ki, İstanbuldayam. Hər gün 4-5 saat məşq edirəm. Hər şeyin belə çətin olacağını gözləmirdim. Bu, hətta Foqtsun dediyindən də çoxdur. Ancaq müalicə həkimim iki aylıq bərpa normasını bir aya keçdiyimi deyir. Həftənin axırı qayıdıb Vətəndə bərpa prosesini davam etdirəcəyəm. Yanvarda komanda toplanışa yığışanda mən artıq hazır olacağam”.
