29 oktyabr 2013 16:15
Pavel Kapsa: Bəxtim gətirdi ki, Simurqun güclü müdafiəsi var
“Simurq”un qapıçısı Pavel Kapsa azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 11-ci turunda “Neftçi” ilə görüşdə əldə edilmiş heç-heçədən (1:1) danışıb.
“Neftçi” ilə oyunun nəticəsi barədə nə deyə bilərsiniz?
Görüşü yaxşı keçirdik. Xüsusilə müdafiədə uğurlu və səlis oynayırdıq. Ümumilikdə hər şey uğurlu keçdi.
Komada uğurla müdafiə olunurdu - belə demək daha düzgün olardı. Axı “Simurq” ən çox öz qapısının müdafiəsi haqda düşünürdü.
“Neftçi” premyer-liqanın ən güclü komandası deyilsə, onda ən güclülərdən biridir. Bizimlə oyuna qədər lider idilər. Onlar hər şeydən çox hücumu bacarırlar, biz isə müdafiəni. Hər şey doğrudur (gülür). Bəli, ilk tapşırığımız qol buraxmamaq idi.
Bəzi məqamlarda açıqca bəxtiniz gətirdi.
Əgər gətirdisə, demək, biz buna öz fədakar oyunumuzla layiq idik.
Deməli, nəticə ilə hədsiz razısınız?
Belə də demək olar. Oyunqabağı biz, bu və ya digər səbəbdən çox oyunçu itirmişdik. Bu halda heç-heçə bizi qane edir.
“Simurq” heç-heçələrin sayına görə birinci yerdə gedir.
Ancaq həmişə belə olmayacaq.
Hər halda, komandanız yarış cədvəlinin ikinci hissəsində qərarlaşıb.
Unutmayın, Biz premyer-liqanın ev oyunları keçirməyən yeganə komandasıyıq. Zaqatala stadionunda təmir işləri ilə əlaqədar biz müxtəlif stadionlarda oynamağa məcburuq. Ancaq bu, müvəqqətidir. Zaqatalaya qayıdarıq, baxarıq.
Buna baxmayaraq, komanda az qol buraxır. “Simurq”da sizin ilk mövsümünüz pis başlamadı.
Bu, tək mənim xidmətim deyil. Bəxtim gətirib ki, belə güclü müdafiəmiz var.
