29 oktyabr 2013 14:23
Yuri Syomin: Qışa qədər liderlər üçlüyü öz mövqeyini qoruyacaq
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasında 11-ci turdan sonra yaranmış vəziyyəti şərh etməklə yanaşı, “Qarabağ”a qarşı keçiriləcək oyundan da danışıb. Azerisport.az Syominin müsahibəsini diqqətinizə çatdırır.
“Sumqayıt”la son oyunda (2:0) sizi hər şey qane etdi?
Bu oyunda komandaya kifayət qədər iradım vardı. Xüsusən hücuma, bu, mənim üçün gözlənilməz oldu. Hücumun inkişafı və yekunu aydınca axsayırdı. Üzərimizdə işləməyə səbəb var.
Komandada ab-hava ilə bağlı işlər necədir? Axı klubun oxşar çıxışı olmamışdı. Eyforiya yoxdur ki?
Biz buna yol verməməliyik. Buna görə də bunun üzərində çalışırıq. Məncə yaxşı konsentrasiya var. Birlik var. Oyunçular hər oyunun yarış cədvəlində həlledici olduğunu anlayırlar. Ona görə bu sarıdan iradım yoxdur. Buna heç əsas da görmürəm.
Son 5-6 mövsümdə bir qrup komandanın digərlərindən xüsusi fərqlə irəlidə olduğu müşahidə olunmamışdı. Bu ənənə davam edəcək, yoxsa üçlük aralana bilməyəcək?
Dşünmürəm ki fərq elə də çox olsun. Yarış cədvəlinin aşağısındakı komandalar səviyyə toplayır və düşünürəm ki, hələ liderlərdən xal alacaqlar. Ötən turda “Neftçi” “Simurq”la oyunda xal itirdi. Buna qədər biz büdrəmişdik. Düşüşünürəm ki, qışa qədər bu üçlük tab gətirəcək. Qışdan sonra isə komandalara çox dəyişikliklər olacaq.
İndiki nizam sizin komandanızı tam qane edir. Axı belə halda tapşırıq minimum yerinə yetirilmiş olacaq. Razısınız?
Tapşırıqlar hər gün dəyişə bilər. Qarşıda “Qarabağ”la oyun var. Bax, bizim ilk tapşırığımız budur. Mövsüm isə nəyə oynadığımızı göstərəcək. Hələlik irəliyə boylanmağa tələsməyək.
Onda ağdamlılarla oyun haqda nə deyə bilərsiniz?
“Qarabağ” bu gün yaxşı, çox yaxşı oyun göstərir. Avrokuboklardan başlayaraq yaxşı dayanıblar. Bu komandanın liderliyi əbəd deyil. Maraqlı oyun olacaq. Sabir komandaları var. Bizim komanda isə yenidir. Onların qarşılıqlı anlaşığı bu gün bizdən yaxşıdır. Bu, bizim üçün ciddi yoxlama olacaq. Bizə çətin olacaq.
Adətən siz hər oyunqabağı tək bir məqsədin qələbə olduğunu deyirsiniz. Ancaq sadaladığınız amilləri nəzərə alsaq, “Qəbələ” üçün heç-heçə qənaətbəxş nəticə olacaq?
Oyunu necə keçirməyimizdən asılı olaraq.
Nazim Süleymanovun “Neftçi”nin baş məşqçi postuna namizədliyini necə qiymətləndirirsiniz?
Nazimi yaxşı tanıyıram. O, “Lokomotiv”ə qarşı dəfələrlə oynayıb. Çox yaxşı futbolçu olub. Futbol dünyasında hörmətli adamdır. Düşünürəm ki, ölkənin aparıcı klublarında birində işləməyə layiqdir. Onun bu işi bacarmaq üçün kifayət qədər futbol təcrübəsi var. Ona uğurlar arzu edirəm.
