29 oktyabr 2013 13:56
Məmmədovların cəzası açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futbol üzrə Azərbaycan 1-ci Divizionunun 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Neftçala” – “Şuşa” matçında “Şuşa”nın 6 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Mil-Muğan” – “Karvan” matçında “Mil-Muğan”ın 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Zöhrab Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Göyəzən” – “Kəpəz” matçının 87-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Nicat Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
