29 oktyabr 2013 13:20
Foqts və Sadıqov - seçim qarşısında
FIFA “Qızıl top”a namizədlərin siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, mükafata namizəd kimi 23 futbolçunun adı açıqlanıb.
Qaret Beyl (Uels), Luis Suares, Edison Kavani (hər ikisi Uruqvay), Radamel Falkao (Kolumbiya), Eden Azar (Belçika), Zlatan İbrahimoviç (İsveç), Andres İnyesta, Xavi (İspaniya), Filipp Lam, Bastian Şvaynştayger, Mesut Özil, Tomas Müller, Manuel Noyer (hamısı Almaniya), Robert Levandovski (Polşa), Lionel Messi (Argentina), Tiaqo Silva, Neymar (hər ikisi Braziliya), Andrea Pirlo (İtaliya), Frank Riberi (Fransa), Robin van Persi, Aryen Robben (hər ikisi Niderland), Kriştianu Ronaldu (Portuqaliya), Yaya Ture (Kot d’İvuar).
Xatırladaq ki, FIFA və “France Football” nəşrinin təqdim etdiyi nüfuzlu mükafat milli komandaların məşqçiləri, kapitanları, həmçinin, aparıcı idman nəşrləri arasında keçirilən sorğudan sonra təqdim edilir. Azərbaycanı sorğuda yığmanın baş məşqçisi Berti Foqts və komandanın kapitanı Rəşad Sadıqov təmsil edəcək.
