29 oktyabr 2013 13:15
Bir kubok oyununa görə 4 diskvalifikasiya!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futbol üzrə Azərbaycan Kubokunun 1/16 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
MOİK – “Qaradağ Lökbatan” matçının 90+2-ci dəqiqəsində MOİK-in futbolçusu Ramil Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Mil-Muğan” – “Lokomotiv” matçında “Mil-Muğan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 42-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Vasif Mehrəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub. Oyunun 79-cu dəqiqəsində “Lokomotiv”in futbolçusu Nicat Əsgərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Lokomotiv”in futbolçusu Kənan Cəfərovla “Mil-Muğan”ın futbolçusu Nicat Fərəcli biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb, klubları 200 manat cərimə olunub.
