28 oktyabr 2013 12:15
Branimir Subaşıç: Çətin ki Yunisoğlu belə edərdi
Türkiyənin “Orduspor” klubunun hücumçusu Branimir Subaşıç komandasının futbol üzrə Türkiyə birinci divizionu çərçivəsində heyətində Azərbaycan yığmasının futbolçuları Saşa Yunisoğlu və Arif İsayevin çıxış etdiyi “Denizlispor”a qarşı keçirdiyi oyundan danışıb. Azerisport.az Subaşiçin fikirlərini diqqətinizə çatdırır.
“Bu turda üç xalı qazandığımız üçün şadam. Qələbəyə baxmayaraq, görüş çox çətin keçdi. Ancaq biz düzgün yoldayıq. Yarış cədvəlindəki birinci pillə bizi arxayın etməməlidir. Qarşıda hələ çox oyunlar var. Məni boğmağa hazırlaşan Saşa Yunisoğlunun sözlərinə gəlincə (gülür), o, yaxşı oğlandır və bilirəm ki, o, belə etməzdi. Biz oyundan sonra görüşüb vir yerdə oturduq. “Denizlispora”, xüsusən də Yunisoölu və İsayevə uğurlar arzu edirəm”.
