28 oktyabr 2013 11:45

“İlk matçım olduğu üçün müəyyən qədər həyəcan hiss etdim”

Topaz Premyer Liqasının 11-ci turu daha bir "Qəbələ" Futbol Akademiyası yetirməsinin əsas heyətdə debüt etməsi ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, “Sumqayıt”la qarşılaşmada start heyətində yer alan Elvin Camalov klub tarixinə 162-ci futbolçu kimi düşdü. 18 yaşlı debütanta qədər qırmızı-qara formanı 161 oyunçu geymişdi.
 
Elvin “Qəbələ”nin tarixində 88-ci yerli futbolçudur. Digər 74 oyunçu isə legionerlərdir. Yarımmüdafiəçi Premyer Liqada “Qəbələ”nin şərəfini qoruyan 147-ci oyunçu oldu. "Qəbələ"-"Sumqayıt" (2:0) matçının ardından debüt barədə təəssüratlarını klub saytına bölüşən Camalov ilk oyununda həyəcan hiss etdiyini söylədi:
 
"İlk matçım olduğu üçün müəyyən qədər həyəcan hiss etdim. Bu həyacan matçın startında daha çox idi. Amma sonradan matçın tempinə uyğunlaşa bildim. Məşqçilər öncədən ilk ötürmənin çox önəmli olduğunu söyləmişdilər. Birinci ötürməm dəqiq alındı və nisbətən rahatlaşdım. Önəmli olan komandamızın qalib gəlməsi və məşqçilərin mənə inanmasıdır. Debüt oyunumda bunların hər ikisi baş verdi. Məşqçilərimizin inamını nə dərəcədə doğrultduğumu isə ən yaxşı onlar bilər. Meydançada əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Bundan sonra da məşqlərdə səylə çalışacam. Hədəfim əsas heyətdə oyun praktikamı artırmaq və komandada möhkəmlənməkdi".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.