28 oktyabr 2013 10:45

TPL: 11-ci turun əlamətdar hadisələri

Topaz Premyer Liqasının 11-ci turu əlamətdar futbol hadisələri ilə yadda qalıb. Azerisport.az onları diqqətinizə çatdırır.
 
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov üçün yaddaqalan olub. Təcrübəli mütəxəssis paytaxt təmsilçisinin baş məşqçisi postunda 50-ci oyununu keçirib. Son turda paytaxt derbisində “İnter”ə 0:2 hesabı ilə uduzan AZAL-ın baş məşqçisi 50 matçda 22 qələbə, 15 heç-heçə və 13 məğlubiyyətə şahid olub. Sadıqovun rəhbərliyi altında 73 qol vuran komanda üçün “İnter”lə görüşdə buraxılan ilk top 50-ci olub.
 
Topaz Premyer Liqasının XI turu çempionatın ən gənc komandaları “Rəvan”la “Sumqayıt” üçün də əlamətdar olub. Mövsümün autsayderləri 3-cü dəfə çıxış etdikləri Premyer Liqada yubiley matçlarına çıxıb. Hər iki komanda üçün arxada qalan turun matçı 75-ci olub. Lakin nə “Rəvan”, nə də “Sumqayıt” yubiley oyununda qol vurmağa nail olub. Paytaxt təmsilçisi “Bakı” ilə qolsuz heç-heçə etməklə 1 xal qazana bilib. Sumqayıtlılar isə “Qəbələ”yə 0:2 hesabı ilə uduzub.
 
Topaz Premyer Liqasının XI turu “Rəvan”ın baş məşqçisi Şahin Diniyev üçün də əlamətdar olub. Yeni klubunda ilk xalını qazanan mütəxəssis ölkə çempionatlarında baş məşqçi kimi yubiley - 100-cü matçına çıxıb. “Bakı” ilə oyundakı qolsuz heç-heçəyə qədər 99 oyunda bu postda olan çalışdırıcı “100”ə 3-cü klubunda çatıb. “Rəvan”a qədər “Qarabağ” və “Kəpəz”ə başçılıq edən Diniyev bu klublar müvafiq olaraq “Qarabağ-Azərsun” və “Gəncə” adlandığı vaxt onların “sükanı arxasında” olub. Premyer Liqada 50-ci qələbənin astanasında olan Diniyevin hesabında 49 qələbə, 21 heç-heçə və 30 məğlubiyyət var. Mütəxəssis Azərbaycan çempionatları tarixində 100 və daha çox oyunda baş məşqçi olan 21-ci çalışdırıcı kimi tarixə düşüb. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.