28 oktyabr 2013 20:15
"Syominin potensialı tükənməyib, o, Azərbaycana pul dalınca gedib"
Moskva “Spartak”ının hücumçusu Valeri Reynqold Yuri Krasnojanın “Terek”dən istefasını şərh edərkən, Yuri Syominin Azərbaycan futbolundakı işinə toxunub. Azerisport.az Valeri Reynqoldun sözlərini diqqətinizə çatdırır.
“Hamıya aydındır ki, Syominin potensialı tükənməyib. Yura Azərbaycana pul dalınca gedib. O, Rusiyada yüksək səviyyəli komandanın müraciətini çox gözlədi. Ancaq bu olmadı. Azərbaycanda ona yaxşı imkan yaratdılar və yaxşı pul verdilər. Ancaq bu ölkənin çempionatı heçdir”.
