28 oktyabr 2013 18:30

Rəvan daha bir ilkə imza atdı

Topaz Premyer Liqasının 11-ci turunda "Rəvan” "Bakı” ilə qarşılaşdı. Azerisport.az xəbər verir ki, “Bayıl Arena”da keçirilən oyunda qol olmasa da, maraqlı və gərgin mübarizə yaşandı. Bu oyun həm də bir neçə cəhətdən fərqləndi.
 
Axı "Rəvan” Premyer Liqada iştirak etdiyi ardıcıl 3-cü mövsümdə də ev oyununda "Bakı” ilə "sülh” bağladı. Qolsuz heç-heçə 0:0-ların sayının 2-yə çatmasına səbəb oldu. 1 dəfə isə “aslanlar” evdə bu rəqiblə hərəyə 1 qol vurub 1 xal qazanmışdı.
 
"Bakı” ilə oyundakı "sülh” həm də "Bayıl” stadionunda keçirilən görüşlərdə əldə olunan ardıcıl 4-cü heç-heçə anlamına gəldi. İndiyə qədər komanda nəinki Premyer Liqada, heç I divizionda da dalbadal 4 ev oyununda heç-heçə etməmişdi. Başqa sözlə, bu baxımdan bir ilkə imza atıldı.
 
“Rəvan” Premyer Liqada çıxış etdiyi müddətdə 6-cı dəfə 0:0 hesabının qeydə alındığı oyun komandanın çempionatlar çərçivəsində 185-ci xalını qazanmasına da yardım etdi. Bunun 97-si I divizionda əldə olunubsa, 88 xal elitanın payına düşür. Bu qədər xal 123 oyuna toplanılıb.
 
Cari mövsüm 3-cü dəfə "quru” oynayan komanda üçün görüş həm də Premyer Liqa çərçivəsində keçirilən 75-ci qarşılaşma kimi yadda qaldı. Hesabına 19-cu elita "sülh”ünü yazan "Rəvan” 23 dəfə qələbə qazanıb, 33 dəfə xalsız qalıb. Bu müddətdə komanda hesabına 88 xal yazdıra bilib.
 
Oyunun daha bir özəlliyi baş məşqçi Şahin Diniyevlə bağlıdı. Belə ki, təcrübəli mütəxəssis "Rəvan”da ilk xalını ölkə çempionatlarında baş məşqçi kimi yubiley – 100-cü matçına çıxarkən qazanıb. O, bu nəticəni 3 klubdakı fəaliyyəti ilə əldə edib.
 
"Rəvan”a qədər Diniyev "Qarabağ-Azərsun” (51 oyun) və "Gəncə”nin (47 oyun) baş məşqçisi kimi ölkə çempionatının həyəcanını yaşayıb. Qeyd edək ki, hazırda Şahin Diniyevin aktivində 49 qələbə, 21 heç-heçə və 30 məğlubiyyət var. Premyer Liqada 50-ci qələbənin astanasında olan Diniyevin Azərbaycan çempionatları tarixində 100 və daha çox oyunda baş məşqçi olan 21-ci çalışdırıcı kimi tarixə düşdüyünü də vurğulayaq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.