28 oktyabr 2013 16:20

Samir Abasov: Sumqayıtda vaxt keçirən adamlar var

“Sumqayıt” futbol klubunun yarımmüdafiəçisi Samir Abasov azerisport.az saytına müsahibəsində komandasının Topaz Premyer Liqasının yarış cədvəlində son pilləni tutması haqda fikirlərini bildirib.
 
Siz son turda “Qəbələ”yə qarşı oyuna çıxmadınız?
Bu, məşqçi qərargahının qərarı idi
 
Bu nə ilə bağlı idi?
Düzü, səbəb mənim yararlı idman formasında olmamağımdı.
 
Sizinlə ya Sizsiz, ancaq “Sumqayıt” sonuncu yerdədir. Səbəbi?
Günah futbolçularındı. Sonuncu yer – onlarının oyununun nəticəsidir. Oyunçuların nə haqda düşündüyünü bilmirəm. Onlar özlərinin və komandanın gələcəyi haqda düşünürlərmi? Hər oyunçudan ayrılıqda soruşmaq lazımdır. Yəqin ki, bizdə həqiqətən komanda haqda düşünən oyunçular azdı. Bu, mənim fikrimdi. Bu günlə yaşayan adamlar az deyil.
 
Demək, “Sumqayıt”da sadəcə vaxt keçirən adamlar var?
Ad çəkib su bulandırmaq istəmirəm, ancaq belə adamlar var. Beş-altı futbolçunun icarə əsasında çıxış etdiyi komandada oynamaq çətindir. Üç aydan sonra komandadan gedəcəyini bilən futbolçu, nəticə üçün qatlanacaq? Məsələn, bu məsəl Slavik Alxasova aid deyil. Bu adam meydanda tamamilə can qoyur. Meydandan qan-tər içində çıxır. Ancaq başında futboldan başqa nə desən olan futbolçular var. Məhz bu səbədən belə futbolçular 25-26 yaşlarında karyeralarını baş vurur.
 
Belə axarda komandanız mövsümü sonuncu yerdə bitirə bilər.
Vəziyyət ürəkaçan deyil. Ancaq çıxılmaz deyil. Biz hər şeyin öhdəsindən özümüz gələ bilərik. Qışa qədər tab gətirmək lazımdır. Elə etmək lazımdır ki, qışa qədər rəqiblərlə arada olan fərq faciəvi olmasın. Qış fasiləsindən sonra nə isə dəyişə bilər. Bu zaman hər şey daha çox rəhbərlikdən asılıdır. Çünki komandaya dəyişikliklər lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.