28 oktyabr 2013 14:00
Rasim Ramaldanov: Mən azarkeşlərin Toşakın istefası barədə çağırışını eşitməmişəm
“Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanov azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 11-ci turunda “Qarabağ”a böyükhesablı məğlubiyyət (0:3) haqda danışıb.
Səhv etmirəmsə, siz hələ Lənkərandasınız. Uelsli sizi məğlubiyyətə görə cərimələdi?
Yox. Onun vaxtında biz nadir hallarda Lənkərandan gedirik. Bunu nəzərə alıb mən hətta ailəmi bura gətirmişəm.
“Qarabağ”dan alınmış belə böyükhesablı məğlubiyyətin səbəbi nədə idi?
Özüm də bilmirəm. Ancaq belə yaxşı başlamışdıq. Özü də ilk dəqiqələrdən hücuma atıldıq. Qol vura bilmədik. Rəqib bağışlamadı və özü vurdu.
Bəlkə “Qarabağ” çox yaxşı idi?
Deməzdim ki, bizdən yaxşı oynayırdılar. Hər iki komanda ümumilikdə uğurlu oynayırdı.
Yəqin ki, ağdamlıların braziliyalısı Reynaldo 22 oyunçudan seçilirdi?
Yox, o sadə qollar vurdu.
Bu məğlubiyyəti Naxçıvana yorucu səfərlə əlaqələndirmək olar? Axı “Neftçi” də hesabat turunda xallar itirdi.
Yox. Bizim bərpa üçün kifayət qədər vaxtımız vardı. Komanda normal vəziyyətdə idi.
Super kubokda “Neftçi” üzərində qələbədən sonra deyirdilər ki, “Xəzər Lənkəran” üçün hər şey dəyişəcək. Ancaq işdə heç nə baş vermədi.
Komandada özünəinam var. Dünənki oyuna baxanlar təsdiqləyə bilər ki, komanda pis oynamır. 0:3-ə layiq deyildik. Ən pisi isə budur ki, komanda son illərdə premyer-liqada belə böyükhesablı məğlub olmamışdı. Acıdır.
Düzdürmü azarkeşlər vurulmuş üçüncü qoldan sonra Toşakı istefaya səslədilər?
Mən eşitməmişəm. Oyun zamanı oyunun içində oluram. Tribunalardan nə deyildiyini eşitmirəm.
“Neftçi” ilə qarşıdakı oyunda komandadan nə gözləyək?
Bizim dördüncü yerə qalxmaq şansımız vardı. Ancaq bundan istifadə etmədik. Hər şey qarşıdadır. İndi “Neftçi” ilə oyuna hazırlaşırıq. Ruhdan düşməyəcəyik. Bakılıları yenidən udmağa çalışacağıq.
