27 oktyabr 2013 12:42
Dadaşov Kayzerslauternin heyətində 7 dəqiqə oynadı
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Kayzerslautern” klubunun ikinci komandasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, hücumçumuz Regional Liqanın 13-cü turu çərçivəsində “Maynts”la oyunda meydana çıxıb.
Dadaşov 83-cü dəqiqədə meydana daxil olub. Qarşılaşma isə 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, azərbaycanlı hücumçunun komandası hazırda 22 xalla 4-cü yerdə qərarlaşıb.
