27 oktyabr 2013 11:18

Maksim Medvedev: Xəzər Lənkəran Qarabağla oyunda əlavə motivasiyaya malikdi

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi
 
- Qarşıda “Xəzər Lənkəran”la oyun var. Lənkərandakı görüşdən nə gözləyirsiz?
- Şübhəsiz ki, çox çətin oyun olacaq. Həm bizim, həm də onlar üçün. Düzdü, rəqib bu oyun öncəsi Super Kubokda “Neftçi” ilə çətin görüş keçirib. Amma biz də beş saatlıq yol qət etmişik. Əminəm ki, meydana çıxacaq futbolçular qələbə qazanmağımız üçün əllərindən gələni edəcəklər.
 
- “Xəzər Lənkəran”ın “Neftçi” ilə oyununu izlədiniz?
- Düzünü deyim ki, bu oyunda daha sürətli futbolun şahidi olacağımızı gözləyirdim. Amma elə olmadı. Neytral meydanda qarşılaşsalar da, hər iki komanda özünü qonaq kimi aparırdı. Məncə, nə “Neftçi”, nə də “Xəzər Lənkəran” özünün ən yaxşı oyununu sərgiləyə bildi.
 
- “Xəzər Lənkəran”ın belə ağır qrafiklə oynaması hazırda sizin xeyrinizədi, elə deyilmi?
- Onlar üçün də, bizim üçün də müsbət və mənfi məqamlar var. Bizim ilk üçlükdə qərarlaşmağımız, rəqibin son turda, eləcə də Super Kubokda qələbə qazanması “Xəzər Lənkəran”a əlavə motivasiya qazandırır.
 
- Bəs bu görüşdə favorit kimdi?
- Şansları 50-nin 50-yə qiymətləndirirəm. “Xəzər Lənkəran” öz meydanında oynayacaq, azarkeşlərinin dəstəyini hiss edəcək. Buna görə hər şeyə rəğmən qələbə qazanmağa çalışacaq. Amma buna nail olmağı biz də çox istəyirik. Liderliyimizi qorumaq üçün bizə yalnız üç xal lazımdı.
 
- Bu gün “Neftçi” də “Simurq”la qarşılaşacaq və qələbə qazanacağı halda sizi qabaqlaya bilər...
- “Neftçi”nin oyununa fikir verməyəcəyik. Onlar bizi qabaqlaya da bilər, qabaqlamaya da. Bizim üçün indi daha vacib olan öz oyunumuzdu.
 
- Amma siz özünüz Lənkəranda oynamayacaqsız...
- Təəssüf ki, elədi. Sarı vərəqə limiti ucbatından mən Bakıda qalmalı oldum.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.