27 oktyabr 2013 14:39

Vəli Qasımov: XL Neftçi ilə müqayisədə Super Kuboka daha yaxşı hazırlaşmışdı

Veteran futbolçu Vəli Qasımov Naxçıvanda keçirilən Super Kubokla bağlı fikirlərini bölüşüb. 18 illik fasilədən sonra Super Kubokun bərpasını yüksək qiymətləndirən veteran futbolçu azerisport.az saytına müsahibəsində ot örtüyünün yaxşı vəziyyətdə olmadığını söyləyib:
 
"Super Kubokun yenidən keçirilməsi yaxşı haldı. Azərbaycanda bu oyuna marağı qaytarmaq olar. Naxçıvanda keçirilən oyunda ot örtüyünün pis olması hiss olunurdu. Bu məqam komandalara daha yaxşı oynamağa problem yaradır. Ümumilikdə, matçın maraqlı alındığını söyləmək olar. Nəticəyə gəldikdə bir qədər gözlənilməz oldu. Çünki, hamı “Neftçi”nin qələbəsini gözləyirdi”.
 
Onun sözlərinə görə, “ağ-qaralar” çempionata yaxşı başladığından əksəriyyət məhz onların qələbə qazanacağını gözləyirdi: "Neftçi”nin Naxçıvanda daha çox azarkeşi var idi. Bu komanda bu mənada da favorit göstərilirdi. Flaqman çempionata yaxşı başladı və hazırda yaxşı mövqedə qərarlaşıb. XL isə çoxlu sayda xal itirdi. Cənublulər əzmkarlığın sayəsində qələbə qazandı. Onların qələbəsi layiqli oldu. Oyun baxımından XL “Neftçi”dən üstün idi. 2:1 hesabı oyuna görə oldu”.
 
Vəli Qasımov “Neftçi”nin uduzmasını belə izah etdi: “XL azlıqda qalandan sonra “Neftçi” sanki arxayınlaşdı. Elə düşündülər ki, rahat qol burub qələbə qazanacaq. Tez bir zamanda bərabərlik qolunu vurmaqla bir qədər rahat oynamağa başladı. XL futbolçuları psixoloji cəhətdən də hazır idi. Matçda hakimliklə baş verən məqam, qırmızı vərəqənin olması onları sındırmadı. “Neftçi” rəqib 10 nəfərlə qalandan sonra taktikanı dəyişməli idi. Hücuma keçib qol vurmaq lazım ıdı. Lakin biz oyunda bunu görmədik. Lider “Neftçi”nin turnir cədvəlində aşağıda qərarlaşan komandaya uduzması öz günahıdı. Super Kubok 1 oyundan ibarətdi. XL bu görüşə daha yaxşı hazırlaşmışdı”.
 
Vəli Qasımov ilk hissənin XL üstünlüyü şəraitində keçdiyini, “Neftçi”nin o qədər fəal olmadığını dedi: "XL ilk 45 dəqiqədə rəqibdən üstün idi. “Neftçi” yalnız rəqib azlıqda qalandan sonra bir qədər fəallaşdı. Amma yenə də oyuna nəzarəti ələ keçirmədi. “Ağ-qaralar”ın futbolçuları sanki yorğun və sönük görünürdü. Onlar qələbə qazanmağı istəyirdi, amma onun yolunu bilmirdilər. Yəqin, məşqçilər korpusu səhvləri araşdırar və müəyyən nəticələr çıxarar”.
 
Veteran futbolçu Super Kubokda qələbənin “Xəzər Lənkəran” üçün böyük şans olduğunu dedi. Yəni komanda bu uğurdan toparlanaraq çempionatda uğurlu çıxış edə bilər: "Neftçi” üçün heç nə itirilməyib. Onlar yenidən fikirlərini çempionata qaytarmalıdı. Super Kuboku yaddan çıxarıb çempionata köklənmək lazımdı. Əks halda növbəti oyunda iştirak etmək çətin olacaq. Superkubok bitdi, mövsüm isə hələ davam edir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.