27 oktyabr 2013 14:08
Lənkəran şəhər stadionu XL – Qarabağ matçına hazırdı
Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilməli olan “Xəzər Lənkəran” – “Qarabağ” matçı təxirə salınmayacaq. Azerisport.az xəbər verir ki, bu gün ölkənin əksər bölgələrində olduğu kimi, Lənkəranda da yağıntılı hava hökm sürür.
Amma bu, Lənkəran şəhər stadionunda keçirilməli olan qarşılaşmaya ciddi təsir göstərməyəcək. Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, arena sözügedən qarşılaşmanın keçirilməsinə hazırdı.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qarabağ” matçı saat 19:00-da start götürəcək.
