26 oktyabr 2013 16:09

Rəşad Abdullayev: Mən heç kimə nəyisə sübut etmək istəmirdim

“Rəvan”ın yarımmüdafiəçisi Rəşad Abdullayevin azerisport.az saytına müsahibəsi

- “Bakı” ilə oyun (0:0) barədə nə deyə bilərsiz?
- Çətin oyun alındı. Belə olacağını öncədən də bilirdik. Amma oyuna yaxşı hazırlaşmışdıq. Rəqibimiz iddialıdı, yaxşı heyətə malikdi. “Bakı”nı doğma meydanda qəbul etdiyimiz üçün qələbə qazanmaq istəyirdik. Həm bu, həm də digər komanda qələbə qazana bilərdi. Lakin sonda heç-heçə ilə kifayətlənməli olduq.
 
- Siz “Bakı”ya məxsus olduğunuz üçün yəqin ki, bu komandaya qarşı oynamaq prinsipial əhəmiyyət daşıyırdı...
- Heç bir xüsusi hiss yox idi. Adi oyunlarda olduğu kimi meydanda çıxmışdım. Kiməsə nəyisə sübut etmək də istəmirdim. Baxmayaraq ki, “Bakı”nın baş məşqçisi yayda mənim xidmətimdə maraqlı olmamışdı.

- Yeri gəlmişkən, bu oyundan sonra Milinko Pantiç sizi tərifləyib...
- Bu, xoşdu. Mənim Pantiçlə heç bir problemim yox idi. Sadəcə, orda müəyyən məqamlar oldu və bu üzdən komandadan getməli oldum. “Bakı”dan hansısa narazılıq və ya münaqişə ilə ayrılmamışam. Hamı necə oynadığımı da yaxşı bilir.
 
- “Rəvan” hələ də turnir cədvəlinin alt pillələrində qərarlaşıb...
- Biz tədricən özümüzə gəlirik. Hələ ötən turun “Neftçi” ilə oyununda da xal qazana bilərdik. Amma alınmadı. Artıq irəliləyiş hiss olunur. Sadəcə, bu artan tempi davam etdirmək lazımdı.
 
- Şahin Diniyev qısa zaman kəsiyində komandanı ayağa qaldıra biləcək?
- O, oyunçulara yanaşmasıyla, psixoloji söhbətləriylə, məşqlərilə bizə çox kömək edir. Yəqin ki, artıq kənardan da onun işi hiss olunur. Amma hələ çox çalışmalıyıq. Xüsusilə də fiziki hazırlığımızı yaxşılaşdırmaq üçün. Yaxşı oyunçularımız var. Sadəcə, onlarla işləmək lazımdı. Əminəm ki, sonrakı turlarda daha yaxşı oynayacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.