26 oktyabr 2013 23:05
Davud Kərimi yenə oynamadı, komandası evdə darmadağınla üzləşdi (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Davud Kəriminin çıxış etdiyi “Fethiyespor” klubu da bu gün növbəti matçına çıxıb.
Həmyerlimizin komandası evdə “Karşıyaka” ilə qarşılaşıb. Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb.
Qapıçımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, Kərimi bu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləməli olub.
Qeyd edək ki, “Fethiyespor” geridə qalan turlarda 4 xal toplayıb və hazırda 18-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
10-cu tur
26 oktyabr
Fethiyespor – Karşıyaka - 0:3
